İntim gigiyena qadın və kişilərin gündəlik şəxsi baxımının ən həssas və vacib hissələrindən biridir. Bu bölgənin dərisi digər nahiyələrə nisbətən daha həssas olduğu üçün xüsusi qulluq tələb edir. Düzgün intim gigiyena həm narahatlıq hissinin qarşısını alır, həm də sağlam mühitin qorunmasına kömək edir. Adi sabun və ya uyğun olmayan məhsullar bu balansı poza bilər, buna görə də xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur.
İntim gel xüsusi olaraq intim bölgənin təmizliyi üçün hazırlanmış yüngül və zərif formulalı məhsuldur. Bu məhsullar dərini qurutmadan təmizləyir və təbii balansı qorumağa kömək edir. İntim gel gündəlik istifadə üçün uyğundu.
İntim krem daha çox nəmləndirici və sakitləşdirici məqsədlə istifadə edilir. Quru, həssas və ya qıcıqlanmış dərini yumşaltmaq üçün ideal seçimdir. Xüsusilə epilyasiya və ya depilyasiyadan sonra intim krem istifadə etmək dərini rahatlaşdırır və bərpa prosesini sürətləndirir.
İntim gel qiyməti məhsulun brendindən, tərkibindən və həcminə görə dəyişir. Bazarda həm daha əlçatan, həm də premium seçimlər mövcuddur. Qiymət seçərkən yalnız büdcəni deyil, məhsulun keyfiyyətini və tərkibini də nəzərə almaq vacibdir. Həssas dəri üçün uyğun və dermatoloji testdən keçmiş məhsullar daha etibarlı hesab olunur.